Rusiyada narkotik satışı və qətldə ittiham edilən azərbaycanlılar həbs edilib
Xantı-Mantiyskda həşiş satan 33 yaşlı azərbaycanlı 8 il müddətinə azadlıqdan məhrum edilib. APA TV-nin məlumatına görə, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihamçı tərəfin təqdim etdiyi materiallar əsasında məhkəmə müəyyən edib ki, xarici vətəndaş qanunsuz şəkildə 9,06 qram miqdarında narkotik vasitəni əldə edib və saxlayıb. O bir hissəsini satıb, qalanı isə saxlanılma zamanı müsadirə edilib. Məhkəmə onu cinayəti törətməkdə təqsirli bilib. Məhkəmənin qərarı ilə razılaşmayan müttəhim tərəf apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi qərarı dəyişməz və şikayəti əsassız hesab edib. Bu arada Kabardino-Balkar Respublikası polisi operativ axtarış əməliyyatı nəticəsində bir azərbaycanlını saxlayıb. Həştərxanda keçirilən əməliyyat zamanı saxlanılan 1963-cü il təvəllüdlü bu şəxs müvəqqəti olaraq Proxladnıy şəhərində qeydiyyatdadır. Azərbaycan vətəndaşı sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə axtarışda olub və uzun müddət Rusiya hüquq-mühafizə orqanlarından gizlənib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub