Temperatur 38 dərəcəyə yüksələcək
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, paytaxt ərazisində gündüz cənub küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə iyunun 27-də əsasən yağmursuz, gecə şimal və qərb rayonlarında şimşək çaxacağı qısa müddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var, qərb küləyi əsəcək, ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
17:46
962
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1123
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1069
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1161
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
1005
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1027