Norveçdə müsəlmanlar gündə 22 saat oruc tutacaqlar
Bu il Ramazan ilin ən uzun günlərinin olduğu iyun və iyul aylarına təsadüf etdiyi üçün Azərbaycanda oruc tutanlar ortalama 17 saata qədər oruclu qalacaqlar. Türkiyədə də oruc vaxtı təxminən bizim ölkədəki qədərdir. Ən qısa oruc vaxtı ekvator ölkələrində, ən uzun vaxt isə Skandinaviya ölkələrindədir.
Keniyanın Nayrobi şəhərində 13 saat 29 dəqiqə, İndoneziyanın Pekanbaru şəhərində 13 saat 36 dəqiqə, Braziliyanın Macapa şəhəri isə 13 saat 34 dəqiqə oruc tutulacaq.
APA TV-nin xəbərinə görə, Norveçin Tromsa şəhərində imsaq və iftar arasında 21 saat 51 dəqiqə zaman fərqi var. İslandiyanın paytaxtı Reykyavikdə isə müsəlmanlar üçün oruc vaxtı 21 saat 50 dəqiqədir. Bu ölkələrdə yaşayanlar sadəcə 2 saat 9-10 dəqiqəlik az vaxtda yemek yeyə biləcəklər. Bu zaman onlar həm imsaqı, həm iftarı etməlidirlər.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub