Rusiyada qızıl mağazalarını yaran azərbaycanlılar tutulub
Rusiyanın bir neçə şəhərində qızıl mağazalarına basqın edərək oğurluq edən beş nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, saxlanılanlardan ikisi Azərbaycan biri isə Gürcüstan vətəndaşıdır. Artıq bir neçə dəfə Moskva və Sankt-Peterburqda oğurluq edən şəxsləri mağazaya quraşdırılan təhlükəsizlik kamerası qeydə alıb. Belə ki, kadrlardan görünür ki, mağazaya daxil olan qruplaşmanın üzvü mühafizəçinin başına silah diriyəyir. Mühafizəçi müqavimət göstərsə də digər qapıdan daxil olan silahlını gördükdən sonra təslim olmağa məcbur olur. Cinayətkarlar vaxt itirmədən vitrinlərdə olan bütün qızıl əşyalarını yığmağa başlayır. Topladıqları qızılları özləri ilə gətirdikləri çantaya yığıb "İnfiniti" markalı avtomaşına minərək ərazidən uzaqlaşıblar. Bir gün sonra banda üzvünün biri Zelinoqradda avtomaşınla kameraya düşür. DİN-nin əməliyyat axtarış qrupu həmin şəxsin saxlanılması üçün dərhal hərəkətə keçib. "İnfinti" markalı avtomaşını sürən şəxs həbs edildikdən sonra bandanın digər üzvləri də məlum olub. Hələlik cinayətkar qrupun dörd üzvü həbs olunub, bir nəfər isə axtarışa verilib. Tutulan şəxslərin adları açıqlanmır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub