Qaxda iki maşın toqquşdu, 5 nəfər yaralandı
Qaxda iki maşının toqquşması nəticəsində beş nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə iyunn 25-dən 26-a keçən gecə Qax şəhəri, Nətavan küçəsində baş verib. Rayonun Qaxbaş kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Fərman oğlu Bayramovun idarə etdiyi “Lada” markalı avtomobillə Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Qurban Məmmədəli oğlu Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticəsində "Mercedes"in sürücüsü xəsarət almasa da, digər avtomobilin sürücüsü, onun sərnişinləri - Qax rayonu İlisu kənd sakinləri Nüşabə Baharova, qızı Bahar Baharlı, Qax şəhər sakini Məryəm Eyvazova və Əntiqə Şıxamirova xəsarət alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Qax RMX-dan APA TV-yə verilən məlumata görə, xəsarət alanların vəziyyətləri orta-stabil və orta-ağır hesab edilir. Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub