Arvadını öldürən azərbaycanlı özünü təcridxanada asdı
Kamçatkada həyat yoldaşının öldürməkdə təqsirli bilinən azərbaycanlı istintaq təcridxanasında yataq mələfəsindən asılı şəkildə ölü tapılıb. İlkin araşdırmaya görə, o intihar edib. Hadisə yerinə dərhal istintaq komitəsinin işçiləri və məhkəmənin tibbi eksperti gəlib. Kişinin meyitinə baxış keçirilib. Həkimin dediyinə görə, onun bədənində heç bir xəsarət olmayıb, yalnız boynunda mələfənin izləri aşkar edilib. İlkin araşdırmaya görə, həmin şəxsin ölümünə səbəb asılma zamanı boğulma olub. Onun kamera yoldaşının olmasına baxmayaraq hələ ki, özünəqəsd versiyası üzərində dayanılır. APA TV-nin məlumatına görə, mərhum iyunun 23-də öz həyat yoldaşı 43 yaşlı Petropavlovsk sakinini qətlə yetirdiyi üçün saxlanılmışdı.
OXŞAR XƏBƏRLƏR
17:46
962
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1123
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1069
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1161
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
1005
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1027