Dağıstanda silahlı qruplaşmanın lideri öldürülüb
Dağıstanın Dərbənd şəhərində keçirilən antiterror əməliyyatı zamanı terrorçular güc strukturlarının əməkdaşlarına silahlı müqavimət göstəriblər. Rusiya Milli Antiterror Komitəsinin yaydığı xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Dərbənddə fərdi evlərdən birini mühasirəyə alıblar.
Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar. Xüsusi əməliyyat zamanı evdə olan bir silahlı zərərsizləşdirilib. Hadisə yerindən çoxlu sayda silah və sursat aşkarlanıb. Hazırda ölənin şəxsiyyəti müəyyənləşdirilir. Onun silahlı qruplaşmanın lideri olduğu ehtimal edilir. Bu əraziyə vətəndaşların və nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb. Hazırda evdən qaçmağı bacaran digər silahlıların axtarışı davam edir. Buna görə Dərbənd rayonunda elan edilən antiterror əməliyyatı rejimi ləğv olunmayıb.
Qeyd edək ki, Rusiya Milli Antiterror Komitəsinin ötən il Şimali Qafqazda apardığı əməliyyat nəticəsində 260 silahlı zərəsizləşdirilib. Onlardan 42-si silahlı qruplaşmanın lideri olub. On iki terror aktının qarşısı alınıb və 320-dən çox müxtəlif təyinatlı partlayıcı qurğu aşkar edilib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub