İmran Cəfərzadənin məhkəməsində əlavə şahidlər dindiriləcək
Xaçmaz rayon Məhkəməsində “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Prosesdə 4 şahidin ifadəsi dinlənilib.
Şahid Əbilov Mehman istintaqa verdiyi ifadəni təsdiqləyib.
Şahid qismində ifadə verən Artur Bayramovun isə istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yaranıb. Təqsirləndirilən şəxs Ramiz Əhmədovun vəkili Zaur İbadovun məhkəmədə əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsadəti təmin olunub.
Növbəti məhkəmə prosesi iyul ayının 11-nə təyin olunub.
Qeyd edək ki, İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub