Argentina və Nigeriya 1/8 finalda - QOLLAR
Braziliyada keçirilən Dünya Çempionatı davam edir. APA TV- nin məlumnatına görə, hakim Nikola Ritsoli idarə etdiyi Nigeriya – Argentina matçı “Beyra-Rio” stadionunda baş tutub. Oyun "F" qrupunun həm qrup liderliyi, həm də tərəflərin şəxsi görüşləri baxımından prinsipial olub. Qalib gələn tərəf 1/8 finala lider kimi yollanıb. Bu komanda Argentina millisi olub. Argentinalılar 3:2 hesabı ilə qalib gəliblər.
Hesabı 3-cü dəqiqdə Argentina yığması adından Messi vurub. Bu onun Dünya Çempionatında 3-cü qolu olub.
4-cü dəqiqədə nigeriyalı oyunçu Əhməd Musa Messinin qoluna cavab verib. 1:1
Birincinin hissənin vaxtına əlavə edilmiş 2 dəqiqədə Messi 2-ci qolu vurub.
İkinci hissənin ilk dəqiqələrində Əhmed Musa oyunda ikinci qolunu ataraq hesabı bərabərləşdirib.
Oyunun 50-ci dəqiqəsində Argentina bir daha hesabda önə keçib. Qolu Roxo vurub. Oyunda başqa qol olmayıb və Argentina Nigeriyanı 3:2 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub