Novxanıda bıçaqlanan iki qardaşdan biri öldü
Abşeron rayonunda qətl törədilib. Abşeron rayon Polis Şöbəsinin müstəntiqi Nəriman Atakişiyevin APA TV-yə verdiyi məlumata görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Qohumlar arasında yaranan narazılıq davaya çevrilib. Buna səbəb qəsəbə sakini 24 yaşlı Vüqar Yusifovun borclu olduğu qohumları Asif və Vasif Məmmədov tərəfindən dəfələrlə təhdid edilməsi olub. Nəticədə Vüqar bıçağa əl atıb və qardaşları bıçaqlayıb. Müstəntiq Nəriman Atakişiyev bildirib ki, qarşı tərəf qardaşlardan borcunu istəyib. Qardaşlar isə qaytarmayacaqlarını bildiriblər. Cinayəti törədən şəxs də hadisə barədə danışıb. "Butulka ilə üstümə gəldilər, bıçağa çıxarıb havada yellədim dəydi".
Nəticədə 26 yaşlı Vasif Məmmədovu ölüb, Asif Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Vüqar Yusifov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub