Bakıda daha bir ərazi çökdü: boru partlayıb, su torpağı yuyub
Bakının Sabunçu rayonunda ərazi çöküb. Hadisə Bakıxanov qəsəbəsində yerləşən çörək zavodunun ərazisində baş verib. Zavod rəhbərliyi APA TV-nin çəkiliş qrupuna mane olmaq istəyib. Şirkət sahibləri olayla bağlı açıqlama veməkdən imtina ediblər.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı APA TV-yə açıqlamasında bildirib ki, 1000 millimetrlik Bakıxanov-Maştağa su xəttində iyunun 23-də qəza baş verib. Qəza aradan qaldırılsa da, zavodun ərazisindəki yarımtikilinin altında qalan su xəttinə müdaxilə etmək mümkün olmayıb. Müəssənin rəhbərliyinə razılaşma sənədləri olmayan tikilinin sökülməsi xəbərdarlığı olunub. Su sızaraq torpağı yuyub və çörək zavodunun həyətindəki tikili çöküb. Hazırda əraziyə cəlb olunan ağır texnika və canlı qüvvənin köməkliyi ilə problemin həll olunması üçün tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub