Fil Dişi Sahilindən dramatik məğlubiyyət: Yunanıstan 1/8 finalda!
Yunanıstan millisi dünya çepmpionatında Fil dişi sahili yığmasını 2:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə çıxdı.
İlk hissədə yunanların heyətində iki məcburi dəyişiklik oldu. Panayotis Kone və qapıçı Orestis Karnezis oyunu yarımçıq tərk ediblər. Konenin yerinə meydana çıxan Andreas Samaris 43-cü dəqiqədə hesabı açdı.
Fil dişi sahili yığması hesabı ikinci hissədə bərabərləşdirdi. 74-cü dəqiqədə Vilfrid Boni Jervanyonun ötürməsindən sonra bərabərlik qolunu vurdu.
Heç-heçə Fil dişi sahilini növbəti mərhələyə çıxarmağa kifayət edirdi. Lakin oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə yunan futbolçuya qarşı kobudluq penalti ilə nəticələndi. Georgios Samaras penaltini uğurla yerinə yetirdi.
Bu qol Yunanıstan millisinə təkcə qələbə gətirmədi, həm də onu növbəti mərhələyə çıxardı.
Yunanlar 1/8 finalda Kosta-Rika millisi ilə qarşılaşacaqlar.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub