Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb. APA TV-nin məlumatına görə, forumun ikinci günü kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib. Turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyi turizm sahəsində yeni əməkdaşlıq imkanları üzrə dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kənd təsərrüfatı üzrə keçirilən dəyirmi masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilib. Tədbirdə həmçinin, hər iki ölkənin bankları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Daha sonra Forum çərçivəsində 6 qurumlararası saziş və 5 biznes müqaviləsi imzalanıb və forum iştirakçıları Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinə müraciət qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub