Ali Hərbi Məktəbdə buraxılış mərasimi keçirilib
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
APA TV-nin xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən müdafiə naziri müdavimləri və onların valideynlərini təbrik edib.
Sonra Zakir Həsənov xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib. Məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Zabit ixtisas kursunu bitirənlərə də sertifikatlar verilib. Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın qarşısında keçiblər.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub