Bakıda güclü külək 6 nəfərin yaralanmasına səbəb olub
Son günlər ölkə ərazisində hava şəraitinin küləkli keçməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, güclü küləyin törətdiyi fəsadlar nəticəsində 8 nəfər xəsarət alıb. Onların 4-nün kişi, 4-nün isə qadın olduğunu deyən Z.Vahidovanın sözlərinə görə, təcili yardıma bununla bağlı müraciətlər yalnız iyunun 22-də müraciət daxil olub: “Bakıda 6 nəfərin üzərinə ağac qırılaraq düşüb. 2 qadın, 4 kişi olan xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində ilkin tibbi yardım göstərilib. Bilgəh qəsəbəsində 1 qadının üzərinə şüşə düşüb. Onda ənsə nahiyəsinin kəsilmiş yarası qeydə alınıb. Həmin qadın xəstəxanaya getməkdən imtina edib və ona tibbi yardım göstərildikdən sonra evə aparılıb. Bundan əlavə, şəhərin mərkəzində yeni tikilən binanın 16-cı mərtəbəsindən kərpic uçaraq qadının üzərinə düşüb. Ona da yerində ilkin tibbi yardım göstərilib”.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub