Naxçıvanda hərbi maşın qəzaya uğradı, hərbçimiz öldü
Naxçıvanda hərbi maşın qəzaya uğrayıb, ölən və yaralananlar var. APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus sanitar avtomobili “Hyundai” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hərbi maşın aşıb. Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib. Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir. İlkin ehtimala görə, qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub