Cəbhədə gərginlik: Atışmalar davam edir
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 43 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şurabad, Mərzili, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR
17:46
1037
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1205
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1146
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1173
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
1014
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1035