Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev dəfn olunub
Bu gecə dünyasını dəyişən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevlə vida mərasimi keçirilib. Yaxınları, rəhbərlik etdiyi komitənin əməkdaşları, səhiyyə naziri Oqtay Şirəliyev, əmək və əhalinin müdafiəsi naziri Səlim Müslümov, maliyyə naziri Samir Şərifov, ölkənin ictimai-siyasi xadimləri mərhumun Yasamal rayonundakı mənzilə toplaşıblar.
Komitə sədrinin müavini Yusif Yusifov onun vəfatının Azərbaycan iqtisadiyyatı üçün ağır itki olduğunu deyib: "Arif müəllimlə işləmək, həm asan idi, həm çətin. Biz bilirdik ki, nəsə səhv etsək, Arif müəllim var, o, tutacaq. Eyni zamanda çətin idi, bir rəqəmdə səhv olan kimi onu dərhal bilirdi. Çox tələbkar idi, həm özünə qarşı, həm işçilərinə qarşı. Həmişə deyirdi ki, sağlamlığınıza diqqət edin".
APA TV-nin xəbərinə görə, komitə sədri dəfn olunmaq üçün ikinci fəxri xiyabana yola salınıb.
Qeyd edək ki, Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub