Malayziya məhkəməsi Allah kəlməsini işlətməyi qadağan etdi
Malayziya Federal Məhkəməsi ölkədə fəaliyyət göstərən katoliklərə aid KİV-lərə Allah sözünü işlətmyi qadağan edib. APA TV-nin "France Press" Agentliyinə istinadən verdiyi məlumata görə, bu məsələ ilə bağlı məhkəmə işi bir neçə ildir davam edir. Ötən ilin oktyabr ayında Malayziyanın Apellyasiya Məhkəməsi Ali Məhkəmənin "Allah sözünü xristian mediasının işlətməsi onların etiqadı ilə düz gəlmir" qərarını ləğv etmişdi. Ali Məhkəmə bu qərarı dinlərarası ədavəti azaltmaq üçün çıxardığını əsas gətirmişdi. Xristianlara aid KİV-lər bu qərarı ləğv etmək üçün müəyyən distansiyalara şikayət etmişdilər. Lakin bu heç bir effekt verməyib. Xatırladaq ki, Malayziyada əhalinin cəmi 9 faizi xristiandır. Onlar əsasən etnik çinlilər və induslardır. Bu ölkədə tez-tez insanlar arasında dini zəmində konfliktlər yaşanır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub