Portuqaliya millisi rəzalətdən son saniyələrdə xilas oldu
Futbol üzrə dünya çempionatında Portuqaliya və ABŞ milliləri arasında qarşılaşma heç-heçə bitib. Oyun son saniyələrdə vurulan qolla 2:2 hesabı ilə yekunlaşıb.
Portuqaliya millisi erkən qolla sevinib. Hesabı qarşılaşmanın 5-ci dəqiqəsində yarımmüdafiəçi Nani açıb.
Birinci hissə portuqaliyalıların bir topluq üstünlüyü ilə başa çatıb.
Oyunun ikinci dəqiqəsi xeyli həyəcəanlı keçib. 63-cü dəqiqədə ABŞ millisinin yarımmüdafiəçisi Cermeyn Cons uzaqdan zərbə ilə hesabı bərabərləşdirib.
79-cu dəqiqədə isə Şimali Amerika təmsilçiləri hesabda irəli çıxıblar. Bu dəfə Klint Dempsi fərqlənib.
Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib. 95-ci dəqiqədə Silvestr Varela Kriştianu Ronaldunun gözəl ötürməsindən sonra Portuqaliya millisini biabırçılıqdan qurtarıb - 2:2.
Qoldan dərhal sonra hakim qarşılaşmanı bitirib.
Xatırladaq ki, birinci turda ABŞ millisi Qana yığmasını məğlub edib, portuqaliyalılar isə Almaniya millisinə böyük hesabla məğlub olublar. Hazırda Almaniya və ABŞ yığmalarının 4, Qana və Portuqaliya millilərinin isə 1 xalı var.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər