Toydan qayıdanlar dəhşətli qəzaya uğradılar: 2 ölü, 5 yaralı
İmişli rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini Rövşən İbişov idarə etdiyi VAZ 2107 markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rövşən Məmmədovun idarə etdiyi “AzSamand” markalı minik maşını ilə toqquşub. Zərbədən sonra “AzSamand” idarəetməni itirərək yolun kənarına yuvarlanıb, VAZ 2107 isə qarşıda hərəkətdə olan yük maşınına çırpılıb. Qəza nəticəsində VAZ 2107-də olan sərnişin, İmişli sakini Rafiq Muradov və “AzSamand”da olan sərnişin, 40 yaşlı Bakı sakini Gülmirə İbişova hadisə yerində dünyasını dəyişib. Hər iki sürücü və “AzSamand”-da olan digər sərnişinlər - 41 yaşlı Zeynəb Ziyadxanova, 13 yaşlı Qumru Ziyadxanova və 41 yaşlı Vəsilə Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yaralılardan Vəsilə Yusifova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyətinin ağır olduğu bildirilir. Digər yaralılar isə Bakıdakı xəstəxanalara göndəriliblər.
İlkin məlumata görə, “AzSamand” markalı avtombildə olanlar toydan qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər