Ərdoğandan “böcək işi”nə sərt etiraz: “Yataq otağınız dinlənilsə...”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iqamətgahına dinləmə cihazlarının yerləşdirilməsi ilə əlaqədar saxlanılanların azadlığa buraxılması sərt şəkildə tənqid edib. O, bildirib ki, iqamətgaha "böcək" yerləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin Təftiş Komissiyası bütün sübutları toplayaraq, hüquq-mühafizə orqanlarına təqdim edib. Lakin bütün sübutlar, cinayət alətləri ola-ola məhkəmə saxlanılanları azadlığa buraxıb: "Mənim etirazım var. Əgər siz bir baş nazirin dinlənilməsini çox rahat şəkildə dəyərləndirirsinizsə, sizdən soruşuram: yataq otağınızı dinləyənlərə qarşı münasibətiniz necə olacaq?"
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, belə məhkəmə sistemi ola bilməz. O, iqtidarın köhnə Türkiyədən xilas olmaq istədiyini də deyib: "Biz köhnə Türkiyədən qurtulmaq istəyirik. Dərdimiz budur. Biz yeni Türkiyəni, ədalətin, hüququn tam mənası ilə bərqərar olduğu Türkiyə kimi qurmaq istəyirik"
Qeyd edək ki, Türkiyənin baş nazirinin iqamətgahına "böcək" adlandırılan dinləmə cihazlarının yerləşdirilməsi ilə əlaqədar təhlükəsizlik orqanlarının 11 əməkdaşı saxlanılmışdı. Onların hamısı məhkəmədə ifadə verdikdən sonra azadlığa buraxılıb. Saxlanılanlar arasında Rəcəb Tayyib Ərdoğanın mühafizə idarəsinin keçmiş yüksək rütbəli əməkdaşları da var idi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər