Erməni məmur Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyir
Azərbaycandan siyasi sığınacaq almaq istəyən keçmiş erməni məmur indi də Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyir. APA TV-nin məlumatına görə, Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lyubik Çibuxçyan Ermənistan Yazıçılar Birliyinin onu bu qurumun tərkibindən çıxarmaq istəyindən sonra belə qərara gəlib. "Məni öz istəyimlə bu təşkilatdan çıxmağa təhrik edirlər. Əgər bunu mən etməmişəmsə, özləri edəcəklər. Mən Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyə və oranın üzvü olmağa qərar vermişəm. Bunu etmək istəmirdim, amma məcbur etdilər. Yazıçı yazıçıdır, onun başqa məsələlərlə heç bir əlaqəsi yoxdur" deyə Çibuxçyan erməni mətbuatına açıqlamasında deyib. Qeyd edək ki, Lyubik Çibuxçyanı yeni vilayət qubernatoru işdən azad etdikdən sonra o, Azərbaycandan siyasi sığınacaq istəyəcəyini elan edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər