Putin orduya "döyüşə hazır olun" əmrini verdi
"Vladimir Putin Mərkəzi Hərbi Dairənin qoşunlarına və bu dairəyə bağlı hərbi hissələrə döyüş hazırlığı əmri verib".
APA Tv-nin məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, Putin qoşunların döyüş hazırlığını yoxlamaq üçün qəfildən kompleks yoxlamaların keçirilməsi barədə əmr verib. Nazir bildirib ki, kompleks yoxlamalar iyunun 28-dək davam edəcək. Bundan əlavə Rusiya hökuməti Ukraynadan ilhaq etdiyi Krım Respublikasına 3 milyard rubl ayırıb ayrılan vəsait Krım və Sevastopol şəhərində təhsil sistemində islahatların aparılmasına sərf ediləcək. Məlumatda o da qeyd edilib ki, vəsait əsasən tədris binalarının təmirinə, maddi-texniki bazanın təkmilləşdirilməsinə, yeni formatda attestat və diplomların alınmasına, dərsliklərin və məktəb avtobusların alınmasına yönləndiriləcək. Rusiya Nazirlər Kabineti Ukrayna təhsil, ixtisas səviyyəsi, elmi dərəcə və adların federasiya ərazisində qəbul olunacağına dair də qərar verib. Xatırladaq ki, daha əvvəl baş nazir Dmitri Medvedev Krım da daxil olmaqla bütün federasiya subyektlərində işlərin ümumrusiya standartlarına uyğunlaşdırılmasının vacibliyini ifadə edib. Krımda ixtisas artırılmasına dair kurs proqramı iyunun 2-dən başlayıb. İndiyə kimi 20 mindən çox krımlı müəllim bu kursdan keçib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər