Bakıda Somalidə baş verənlərə etiraz edən tələbə qız intihara cəhd edib - REAL GÖRÜNTÜ
Bakıda 20 yaşlı qız intihara cəhd edib. Nərimanov Rayon Polis İdarəsindən APA TV -yə verilən məlumata görə, hadisə Hidayətzadə küçəsi 37 a, mənzil 46 da qeydə alınıb. Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova tətləbə yoldaşlarına bu gün imtahana gəlməyəcəyini və intihar edəcəyini bildirib. Qonşuluqda yerləşən binanın 11-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.
G.Həsənova hadisə yerində olan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fikrindən daşındırılıb. Polisdən G. Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
15:11
202
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1078
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1262
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1168
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1179
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
1021