Ukrayna antiterror əməliyyatlarını dayandırır
Ukraynanın güc strukturları iyun ayının 20-dən iyunun 27-dək ölkənin cənub-şərqində antiterror əməliyyatını dayandırır. APA TV-nin xəbərinə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətinin Svyatoqorsk şəhəri sakinləri ilə görüşü zamanı deyib. O qeyd edib ki, yalnız terrorçular ukraynalı hərbçilərə hücum edəcəyi halda cavab veriləcək. Pyotr Poroşenko bildirib ki, bu addımı terrorçuların silahı təhvil verməsi üçün atıb. Bundan başqa, silahları təhvil vermiş terrorçular istəsə, onların Rusiyaya keçməsinə imkan yaradılacaq.
Bu arada ABŞ prezidenti Barak Obama fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb. Danışıqlar zamanı Ukraynanın şərqində vəziyyətin gərginləşməsi müzakirə olunub. ABŞ, Fransa və Almaniya liderləri razılığa gəliblər ki, Rusiya Ukrayna ilə sərhəd bölgələrində gərginliyin aradan qaldırılmasına səylər göstərməsə, Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunsun.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər