Azərbaycan Türkiyədən raketlər alıb
Türkiyə 2013-cü ildə Azərbaycana reaktiv atəş sistemləri və raketlər satıb. APA-nın məlumatına görə, bu barədə Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib. Rəsmi açıqlanan məlumata görə, Ankara ötən il Azərbaycana 3 ədəd 122 mm çaplı T-122 "Sakarya" reaktiv atəş sistemi ixrac edib. Bundan əlavə, Azərbaycana sözügedən artilleriya sistemlərində tətbiq olunan 1000 ədəd TR-122 raket satıb. Qeyd edək ki, T-122 "Sakarya" reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 km-dir. Bu isə Azərbaycan Ordusunun mövcud 9K51 "Qrad" qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən 2 dəfə çoxdur.
OXŞAR XƏBƏRLƏR
15:11
246
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1093
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1277
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1172
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1183
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
1027