Ermənilərin yaraladığı 5 yaşlı qızın vəziyyəti normaldır
Ermənilərin Tovuzun Əlibəyli kəndində yaraladığı 5 yaşlı Nurcanın vəziyyəti normaldır. O, nənəsi ilə evlərinə gələn zaman ermənilərin hədəfinə tuş gəlib. APA TV-nin xəbərinə görə, azyaşlının nənəsi Qaraqız Nağıyeva deyib ki, həmin vaxct yanında iki nəvəsi olub. Yolda Nurcanı vurublar,ayağından güllə yarası alıb.
Tovuz Mərkəzi Rayon Xəstəxanasının tramvatologiya şöbəsinn həkimi Kəmaləddin Abbasov isə deyib ki, güllə sağ ayağın 3 və 4-cü barmaqlarının arasına dəyib. Hazırda xəstələrin vəziyyəti kafidir.
Qeyd edək ki, erməni silahlı qüvvələri Tovuzun Əlibəyli və Hacallı kəndlərini iri çaplı silahlardan atəşə tutub. Atışma nəticəsində 3 nəfər yaralanıb. Gülləyə tuş gələn digər sakin, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı da evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23-dək davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər