Baş prokuror Gəncədə qəbul keçirdi
Baş prokuror Zakir Qaralov Gəncə şəhərində vətəndaşları qəbul edib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Prokurorluğunun inzibati binasında təşkil edilən qəbulda Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib. Baş Prokurorluğun məsul əməkdaşlarının və prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 70-dən artıq vətəndaş iştirak edib. Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb. Qəbuldan sonra Baş prokuror Zakir Qaralov Gəncə şəhər Prokurorluğunun yeni inzibati binasının tikiləcəyi əraziyə gedərək inşa işlərinin gedişi ilə maraqlanaraq tövsiyələrini verib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər