Qəzaya düşən AzTV əməkdaşının vəziyyəti ağırdır
"Ötən gün Bakıda yol qəzasına düşən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanovanın vəziyyəti orta ağırdır. Jurnalist dünən saat 13.30 radələrində Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib". Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından APA TV-yə verilən məlumata görə, Ağanisə Sultanova ağır kəllə-beyin travması alıb. Xəstənin müayinə və müalicəsi isə Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Jurnalist Səbail rayonu ərazisində yaşadığı mənzilin yaxınlığında yolu keçmək istəyərkən taxta yüklənmiş "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub. Jurnalist başından və boynundan xəsarət alıb və sürücü vurduğu şəxsə kömək etmədən hadisə yerindən qaçıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər