Nigeriyada dini zəmində faciə: 100-dən çox müsəlman qadın və uşaq öldürüldü
Nigeriyada dini münaqişə zamanı ölümdən xilas olmaq istəyən yüzdən çox qadın və uşaq yaşadıqları kəndin yaxınlığındakı çayı keçmək istəyib. Onların hamısının çayda boğulduğuı bildirilir. APA TV-nin İTAR-TASS-ın məlumatına istinadən verdiyi xəbərə görə, faciə ölkənin şərqində, müsəlmanların yaşadığı Dampar kəndində baş verib. Yaşayış məntəqəsində yerli sakinlərə xristianlar hücum ediblər, əhalinin bir hissəsi ölümdən yaxa qurtarmaq üçün kiçik bərəyə minib çayın o biri sahilinə keçmək istəyib. Bu vaxt kəndə basqın edən xristianlar onları atəşə tutublar. Bərəni idarə edən şəxs öldürülüb. Bu zaman bərə idarəetmədən çıxıb. Polislər hadisə yerinə gələndə isə artıq iş-işdən keçmiş olub. Hadisə yerinə daha sonra axtarış-xilasetmə qrupu gəlib. Onlar bir nəfər də sağ adam tapmayıblar. Onların əksəriyyəti gülləbaran nəticəsində ölüb, qalanları isə çayda boğulub. Atışmalar nəticəsində kənddə qalan insanlardan da 12 nəfər öldürülüb, evlərə od vurulub. Yerli hakimiyyət Dampara çox sayda polis və hərbçi göndərib. Onlar baş verə biləcək yeni iğtişaşlardan ehtiyatlanırlar.
Xatıraladaq ki, Nigeriyada dinlərarası ədavətlər nəticəsində tez-tez faciəvi hadisələr yaşanır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər