İŞİD girov götürdüyü azərbaycanlıları sərbəst buraxdı
Kərkükün cənubunda yerləşən Biravcılı kəndinə girmək istəyən "İraq-Şam İslam Dövləti" silahlıları ilə türkmənlər arasında başlanan atışma 3 saata qədər davam edib. Hadisə şahidlərinin sözünə görə, İŞİD-çilər 23 türkməni güllələyib. öldürülənlərdən 3-ü qadındır. APA TV-nin məlumatına görə, terrorçular hücum vaxtı kənddəki bir çox evə od vurub kənddən uzaqlaşıblar. Bundan sonra yerli əhali cənazələrini də götürüb qonşu rayonlara qaçıb. 2 türkmənin İŞİD-çilər tərəfindən qaçırıldığı bildirilir. Öldürülən 23 türkmən üçün Tuzhurmatuda cənazə mərasimi təşkil olunub.
İŞİD aralarında azərbaycanlıların da olduğu 48 nəfəri girovluqdan azad edib. Girovlari Kərkükün polis müdiri Turhan Abdurrahman təhvil alaraq şəhərin mərkəzinə gətirib. Əşyaları ilə birgə azad edilənlər Türkiyə, Türkmənistan, Nepal, Banqladeş, Azərbaycan və digər ölkə vətəndaşlarının olduğu bildirilir.
Qeyd edək ki, “İraq-Şam İslam Dövləti” qruplaşmasının dəstələri 4 gün əvvəl Kərkük şəhəri yaxınlığında tikilməkdə olan xəstəxanaya hücum edərək obyektdə çalışan yüzə yaxın əcnəbi fəhləni girov götürüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər