Orduda silahlı insident: Bir hərbçini öldürüb, digərini yaralayan əsgər intihar etdi
Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri tabeliyindəki silahla hərbçi yoldaşlarına atəş açıb. Atəş nəticəsində bir hərbçi ölüb, digəri isə yaralanıb. Əsgər daha sonra özünü vuraraq intihar edib. İnsidentin səbəbi və təfərrüatları hələlik məlum deyil.
Müdafiə Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər Bəhruz Ağakişiyev silahından atəş açaraq intihar edib. Yaralı əsgər Kamran Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər