Masallının ən böyük qəsəbəsinin taxıl sahələri yandı
Bu gün Masallı rayonunda taxıl zəmilərində iki yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosuna verilən məlumata görə, hər iki hadisə rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb. Yerli bələdiyyəyə məxsus biçilmiş sahədə baş verən yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Nəticədə güclü alov dalğasının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı 6 hektar biçilmiş taxıl sahəsinin 1 hektarı yanıb. Digər yanğının söndürülməsindən ötrü isə hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların müdaxiləsi ilə yanğın lokallaşdırılmaqla ərazi dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 35 hektarlıq biçilmiş taxıl sahəsinin 7 hektarı yanıb. Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər