İstilər meteohəssas insanlarda diskomfort yaradacaq
Bakı və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24 dərəcə isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25 dərəcə isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyunun 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 21-22-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər