"Google Maps"dan Azərbaycana qarşı növbəti təxribat
"Google Maps"da Azərbaycana qarşı təxribata yol verilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, mərkəz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi "Google Maps"ın xəritəsindən istifadə edir. “Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi mərkəz tərəfindən qəti şəkildə pislənir”.
O da qeyd edilib ki, bu "Google" tərəfindən edilən birinci təxribat deyil. "Bundan əvvəl də belə hallar baş verib və müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılıb. Təəssüf ki, "Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər