Bakıda iki maşın toqquşdu, kilometrlərlə tıxac yarandı
Dünən axşam saatlarında Bakıda iki maşının toqquşması uzun tıxaca səbəb olub. APA TV-nin məlumatına görə, yol-nəqliyyat hadisəsi Babək prospektində qeydə alınıb.
Elşən Ağayev "Mercedes" markalı avtomobillə "Maşın bazarı" istiqamətində hərəkətdə olarkən Ehtiram Məmmədovun idarə etdiyi "BMW X5" markalı maşını arxadan vurub. Qəza anında BMW arxaya doğru hərəkət edirmiş. Sürücülər öz aralarında günahın kimdə olması ilə bağlı razılığa gələ bilməyiblər. Hadisə yerinə gələn yol polisi əməkdaşları ilkin araşdırma aparsalar da, qəzanın səbəblərinə araşdırmanın yekununda aydınlıq gətiriləcəyini bildiriblər.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəzaya uğrayan avtomobillərin Babək prospektində yolun ortasında qalması hərəkətin gur vaxtında uzun tıxaca səbəb olub.
Yol polisi əməkdaşları ətrafdakıların köməkliyi ilə qəzaya uğrayan avtomobilləri yolun kənarına çəkdikdən sonra prospektdə nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.
Faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub