ARDNŞ-də faciə: 2 qaynaqçı öldü
Azərbaycan Dövlət Neft Şirkətinin müəssisələrinin birində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. ARDNŞ-dən “APA -Economics”ə verilən məlumata görə, partlayış “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində baş verib. Hadisə nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:49
97
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
366
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1182
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1358
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1180
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1190