Gəncədə 21 yaşlı oğlanı bıçaqlayıb küçəyə atdılar
Gəncədə şəhər sakini naməlum şəraitdə bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə iyunun 17-dən 18-nə keçən gecə Gəncə çayının sağ sahilində Əhməd Cəmil küçəsində baş verib. Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəyal Alıyev bıçaqlanmış və huşunu itirmiş vəziyyətdə yolun kənarında aşkar edilərək, dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat edilən Xəyal Alıyevin vəziyyəti ağır qiymətləndirilir.
"Xəstənin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, kəskin qanitirmə olub. Xəstə bir başa əməliyyat otağına götürülmüş on iki barmaq bağırsağın, öd kisəsinin, mədəaltı vəzinin yaraları aşkarlanmışdır. Xəstə əməliyyat edilib. Hal haırda vəziyyəti ağırdır.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəyal Alıyevin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Hazırda Gəncə polisi hadisəni törədən şəxs və şəxslərin tutulması istiqamətinədə əməliyyat axtarışlarına başayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub