DSMF sədri Mingəçevir sakinləri ilə görüşüb
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunan qəbulda Mingəçevir şəhərindən, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. “Açıq qapı” şəraitində keçirilən qəbulda 35 sakin iştirak edib.
"Qaldırılan məsələlər vətəndaşların sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və bu kimi digər məsələlərlə bağlıdır.
Müraciətlərin bəziləri yerindəcə həll edilib, bəziləri barədə izahat verilib, bəziləri isə fondun səlahiyyətlərinə aid olmadığından aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub