Temperatur 38 dərəcəyə yüksələcək
İyunun 19 da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buldulu olacağı, arabir tutulacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal qərb küləyi axşama doğru arabir güclənəcək. Temperatur gecə 18-22, gündüz 29-34, günün birinci yarısında yarmadanın bəzi yerlərində 37 dərəcəyədək isti olacağı gözlənilir. Rayonlarda da əsasən hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında gecə 18-23, gündüz 30-35, bəzi yerlədə 38 dərəcə, dağlarda gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıtda, Novxanıda, Pirşağıda, Nardaranda, Bilgəhdə 23-24, Zaqulbada, Mərdəkanda, Şüvalanda, Buzovnada 24-26, Turkan, Hovsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub