Bakıda rəfiqəsini öldürən qadın falçı olub - YENİLƏNİB
Bakıda 54 yaşlı qadın rəfiqəsini cəkiclə qətlə yetirib. Nəsimi rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Alı Mustafayev küçəsində yerləşən mənzillərdən birində baş verib. Orada yaşayan 1960-cı il təvəllüdlü Lalə Apayevanın evinə gələn rəfiqəsi arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində Apayeva rəfiqəsi Nailə Vəliyevanı küt alətlə vuraraq öldürüb. Qışqırıq səsinə qonşular çıxıblar.
Qonşuları qətli törətməkdə təqsirləndirilən qadını müsbət xarakterizə ediblər. Onların sözlərinə görə, Lalə Apayeva həkim olub.
Hadisəni törədən Lalə Apayeva saxlanılıb. Qonşular arasında qadının falçılıqla məşğul olduğu deyilsə də, polis bu məlumatı təsdiqləməyib. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub