Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
“Qarabağ münaqişəsi ilə bağlı İsrailin mövqeyi hamıya bəllidir. Biz öz regionumuzdakı təcrübəmizə əsaslanaraq deyə bilərik ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu fikri İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Səfir bildirib ki, İsraillə Azərbaycanın çox gözəl strateji münasibətləri var.
Diplomat Azərbaycanla kənd təsərrüfatı, turizm, səhiyyə və energetika sahəsində əməkdaşlıq etdiklərini, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə kənd təsərrüfatı və bir sıra sahələr üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində müzakirələr aparıldığını bildirib. O, Gəncədə İsrail həkimlərinin çalışacağı yeni klinikanın tikildiyini bəyəndiyini deyib.
Qeyd edək ki, İsrail səfiri Gəncəyə səfəri çərçivəsində ali təhsil müəssisələrində görüş keçirəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub