Ermənilər təmas xəttində yanğınlar törədirlər
Ermənistan ordusu təmas xəttində yerləşən yaşayış məntəqələrinə zərər vurmaqda davam edir. APA TV-nin xəbərinə görə, onlar Tərtərin cəbhəyanı Qapanlı kəndini atəşə tutub. Nəticədə kənd sakini Məhərrəm Nəbiyevin həyətində ot tayası od tutub. Hadisə yerinə Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evə və yardımçı tikiliyə keçməsinin qarşısı alınıb. Yerli sakinlərin sözlərinə görə, son vaxtlar ermənilər yaşayış məntəqəsini daha çox işıqsaçan güllələrlə atəşə tuturlar ki, insanlara dəyməsə də, heç olmaya evləri, görünən hədəfləri yandıra bilsinlər. Hətta biçilməmiş zəmilər belə intensiv atəş altında saxlanır.
OXŞAR XƏBƏRLƏR
18:49
165
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
386
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1196
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1362
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1182
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1193