Şəmkirdə dəhşətli qəzada yaralanan jurnalistin vəziyyəti ağırdır
İyunun 16-da səhər saatlarında Bakı-Qazax yolunda üç avtomobil toqquşubması nəticəsində ağır xəsarət alan telejurnalist Anar Rəhimovun vəziyyəti kritikdir. Ağır yaralanan Anar Rəhimov gecə saatlarında xüsusi təyyarə ilə Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. 28 yaşlı Anar Rəhimovun yaxınlarının APA TV-yə verdiyi məlumata görə, hazırda o, koma vəziyyətindədir. İyunun 18-də Anarın üzərində aparılan əməliyyatın 72 saatı tamam olacaq. Bundan sonra xəstənin vəziyyəti stabilləşsə, o, reanimasiya şöbəsinə köçürüləcək.
Anar Rəhimov çoxsaylı bədən xəsarəti alıb. Xəsarətlərin ən təhlükəlisi isə kəllə sümüyündəki qırıqlardır.
Yaxınları jurnalistin həyatını xilas etmək üçün maddi yardıma ehtiyac olduğunu deyiblər. Yardım üçün bank hesabı açılacaq. Bank hesabı açılanadək yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:
+994502649449 Ruslan Həsənov
+994515224001 Allahverdi Şəfiyev
Anar Rəhimov Tovuzda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub