Gəncədə yeni doğulan körpə öldü - DOĞUŞ FACİƏSİ
Gəncə şəhərində yeni doğulan körpə ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Gəncə Perinatal Mərkəzində qeydə alınıb. Bərdə rayon sakini Aygün Süleymanova doğuş üçün iyunun 14-də mərkəzə müraciət edib. Həmin gün onun oğlu dünyaya gəlib. Yarım sutkadan sonra isə uşaq mərkəzdə ölüb. Aygün Süleymanovanın atası Ramiz Süleymanov qızının hamiləliyinin ilk dövründən mərkəzdə qeydiyyata düşdüyünü, dəfələrlə müayinələrdən keçdiyini, həkimlərin ona hər şeyin qaydasında olduğunu dediklərini bildirib. Onun sözlərinə görə, uşağın ölümünün səbəbi açıqlanmır. Bu, Aygün Süleymanovanın ikinci hamiləliyi olub. Bərdə rayon sakini olan A. Süleymanovanın həyat yoldaşı hərbçidir və Daşkəsəndəki hərbi hissələrdən birində qulluq edir.
OXŞAR XƏBƏRLƏR
18:49
164
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
386
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1196
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1361
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1182
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1193