Cəlilabadda qəzaya uğrayan maşın bir neçə yerə bölündü: 2 ölü, 3 yaralı
Cəlilabad rayonunda ölümünə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Kənd sakini Teymur Məmiş oğlu Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayon sakini Asim Alixan oğlu Rüstəmov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən “VAZ- 2106” markalı avtomobil bir neçə hissəyə ayrılıb. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü və sərnişini Seymur İlqar oğlu Qarayev hadisə yerində ölüb. Həmin avtomobildə olan digər sərnişinlər Rəvan İlham oğlu Ağazadə, Xəyal Camaləddin oğlu Mirzəxanov və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.
İlkinn ehtimala görə, hadisə “VAZ-2106” markalı avtomobilin yüksək sürətlə idarə edliməsi səbəbindən baş verib, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub