Gözəllik salonunda keçmiş arvadının başını kəsən ər polisə təslim oldu
İyunun 13-də Gədəbəy rayonunda gözəllik salonunda Fəxriyyə Aslanovanın başını kəsərək qətlə yetirən Elçin Qasımov saxlanılıb. Bu barədə APA TV-nin yerli bürosuna Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov məlumat verib. Onun sözlərinə görə, iyunun 16-da Elçin Qasımovun dayısı onu Daşkəsən rayon Polis Şöbəsinə təslim edib. Müstəntiq bildirib ki, Elçin Qasımov cinayəti törətdikdən sonra meşə ilə Daşkəsən rayonuna, qohumlarının evinə gedib. İlkin dindirilmə zamanı E. Qasımov bildirib ki, keçmiş həyat yoldaşı ilə barışmaq istəsə də, bunun üçün bir neçə dəfə onunla danışsa da, Fəxriyyə Aslanova razı olmadığından cinayətə əl atıb.
Xatırladaq ki, rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Onlar ötən il boşanıblar, bir azyaşlı övladı var. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub