Yanan avtomobili söndürmək üçün kanala aşırdı, yanğın törətdi
Saatlıda vətəndaşlara məxsus əkin sahələrində yanğın baş verib. APA TV-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əliabad kəndində qeydə alınıb. Salyan rayon sakini Afdandil Miriyev preslənmiş ot bağlamaları ilə yüklənmiş avtomobillə yüksək gərginlikli elektrik xəttinin altından keçərkən yaranan qığılcım maşındakı otun üstünə düşüb. Yanğını söndürə bilməyəcəyini görən sürücü avtomobili yaxınlığındakı su kanalına aşırıb. Bu zaman alov yaxınlıqda yerləşən əkin sahələrinə keçib.
Havanın küləkli olması alovu daha da sürətləndirib. Yanğın zamanı əkin sahələrinə və ağaclara ziyan dəyib. Hadisə yerinə Saatlı rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvələri cəlb edilib, alov məhdudlaşdırılıb. Əsasən, biçilməmiş taxıl sahələri yanğından mühafizə edilib. Əraziyə çağırılan qaldırıcı texnika və traktorların köməyi ilə aşan yük maşını sudan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub