Ev yandı, yaşlı kişi ölümdən son anda xilas edildi
Cəlilabad rayonunda güclü yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Nizami küçəsi, 88 ünvanında Nurxanım Gülalı qızı Eynullayevaya məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Mətbəx hissəsindən başlayan yanğın tədricən evin tavan və otaqlarını əhatə edib. Yanğını ilk görən qonşular evdə köməksiz halda qalan qoca kişini xilas edə biliblər.
Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının və canlı qüvvəsinin köməyi ilə 140 kv.m-dən ibarət evin 100 kv.m-ə yaxın hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmasa da, evin mətbəxi, eləcə də 1 otağı içindəki məişət əşyaları ilə birlikdə yanaraq külə dönüb.
İlkin ehtimala görə yanğın elektrik naqillərində baş vermiş qısaqapanmadan əmələ gəlib. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub